Azərbaycan Beynəlxal Bankın xidmətindən müştərilər razı deyillər - ŞİKAYƏT

7-08-2020, 00:00           
Azərbaycan Beynəlxal Bankın xidmətindən müştərilər razı deyillər - ŞİKAYƏT
Teref.az yazır ki, Vuqar Ibrahimov adlı sosial şəbəkə istifadəçisi Azərbaycan Beynəlxal Bankından şikayətçidir. Vüqar İbrahimov yazırır:
Şikayətim ölkənin ən iri və ən aşağı xidmət səviyyəli bankı olan Azərbaycan Beynəlxal Bankın-dandır. Zəng edib uzun uzadı telefonda qalırsan, fərdi sahibkara açılmış hesablaşma hesabına görə TaxBanking-lə etməli olduqları və etmədikləri əməliyyata görə iradı bildirirsən və operator nə cavab versə yaxşıdır.
-Bu xidəmətə görə filiala yaxınlaşmalısınız.
Telefonda izah edə bilmədimki bu xidmət deyil, iraddır. Sizin görməli olduğunuz işi yadınıza salıram. Amma nə faydası... Biz bu xidməti telefonla göstərmirik.
Pandemiyadan onsuzda əziyyət çəkən fərdi sahibkar yenidən vaxtını sərf edərək və sağlamlığı ilə risk edərək yenidən sizin "hüzurunuzda" növbə gözləyib sizin səhlənkar işçinizə xatırlatma etməlidir. Budurmu müasir dövlət bankı? Budurmu innovasiya?













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.