Xarici dövlətlərə yardımlar haqqında.

7-08-2020, 00:00           
Xarici dövlətlərə yardımlar haqqında.
Hər dəfə Azərbaycanın xarici dövlətlərə yardım ayırdığı ilə bağlı xəbərlər ictimai qınağa səbəb olur, qıcıq yaradır – bu da təbiidir. Söhbət tək ondan getmir ki, Azərbaycan kiməsə yardım əli uzatmasın, vəsait xərcləməsin, söhbət heç ondan da getmir ki, daxildə vətəndaşlarımızın böyük bir qisminə yardım, dəstək lazımdır – məncə məsələnin məğzi başqadır: Bu gür yardımlar ölkələrin pozitiv imici üçün, beynəlxalq dəstək qazanması üçün vacibdir, hətta lazımdır, amma ölkə daxilində qanunsuzluqlar olursa, günahsız insanlar, məsələn, Tofiq bəy kimi adamlar heç bir sübut təqdim edilmədən həbs olunursa, və ya son hadisələr zamanı hökumət ağır maddələrlə cinayət işləri açıb həbslər edib sonra susursa, sübutlar təqdim etmirsə, əsl səbəbləri göstərə, deyə, izah edə bilmirsə o zaman Livana 1 mil. dollar versən nə olacaq, verməsən nə - zatən imic məsələsi yerlərdə sürünəcək.
Ya da, başqalarına kömk edirik ki, Qarabağ məsələsində, Ermənistanın vəhşi işğal siyasətinə dirənməkdə dünyadan dəstək görək, amma daxili siyasətdə yenə böyük səhvlər edirik deyə, gözlənilən dəstək də gəlmir.
Teref.az yazır ki, bu fikirləri politoloq Natiq C\fərli öz araşdırmasında yazıb.
Tamam da, əgər hədəflərimizə çatmağa yardımlar kömək etmirsə o zaman nədən bunu edirik?! Əgər bu jestlər daxildə aparılan bərbad siyasətə görə beynəlxalq dəstəyı səbəb olmursa, nədən pul xərcləyək?! Məncə, düşünən insanları qıcıq edən məhz bu məsələdir, düşünməyənlər isə zatən ancaq pafosa, mənasız səs-küyə üstünlük verirərək medalın o biri üzünə tay olduqlarını göstərirlər...
P.S. Livanda baş verən dəhşətli faciədə həyatlarını itirən hər kəsə Allahdan rəhmət, Livan xalqına səbr arzu edirəm.
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.