Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır

25-09-2020, 17:36           
 Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Hələ bu ilin may ayında Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət etmişdi. Xatırladaq ki, həmin ərəfədə Biləsuvarın icra başçısı Mahir Quliyev yenicə həbs olunmuşdu və bu prosesin Yardımlıda da mütləq həyata keçirilməli olduğunu iddia edən deputat Sabir Rüstəmxanlı aşağıdakıları söyləmişdi:

"Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir".

Qeyd edək ki, deputatın bu çağırışından sonra da həbs olunan icra başçısı oldu, amma Yardımlının icra başçısına güldən ağır söz deyən tapılmadı.

Bütün bunları DİA.AZ-a xatırladan rayon sakinləri bildirir ki, onlar icra başçısı Ayaz Əsgərovun fəaliyyətinin araşdırılması üçün ölkə Prezidentinə müraciət hazırlayırlar:

"Hələlik imza toplayırıq və yaxın günlərdə təzminən 2 min nəfər Yardımlı sakininin müraciətini Prezident Administrasiyasına təqdim edəcəyik ki, xalqın bu adamdan narazı olduğunu hər kəs görsün".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.