Mingəçevirdə parkda yaşayan ailə haqqında yazdığımız yazıya Nazirlik əməkdaşlarından reaksiya

25-09-2020, 22:20           
Mingəçevirdə parkda yaşayan ailə haqqında yazdığımız yazıya Nazirlik əməkdaşlarından reaksiya
Nazirliyin yerli nümayəndələri həmin ailə ilə maraqlanıb. Abdullayevlər ailəsi nazirliyin əməkdaşlarına ev və yemək istədiklərini bildiriblər. Bəri başdan bildirək ki, bu ailə əqli qüsurlu olduqlarına görə onlar bina evlərində sakinlərlə birgə yaşaya bilməz. Onlar kommunal xidmətlərdən yetərincə istifadə qaydalarına əməl edə də bilməzlər. Ona görə də bu ailəni ancaq sığınacaqa yerləşdirmək lazımdır.
Nazirlikdən isə bildiriblər ki, onları göndərin Bakı şəhərinə sığınacağa yerləşdirək. Ailəni Mingəçevirdən kim göndərməlidir Bakı şəhərinə? Bu məsələ də sual doğurduğuna görə hələ ki, problem olduğu kimi qalmaqdadır.
Mingəçevirdə parkların oturacaqlarında gecələyən, səfil həyatı yaşayan Abdullayevlər ailəsini sığınacaqlara yerləşdirilməsi olduqca vacib hal alıb. Bu ailə bomj həyatı yaşayır. Onların hazırda 4 övladı var. Əqli cəhətdən ər və arvad qüsurlu olduqlarına görə, onların 3 övladları biri Gəncədə, digər ikisi isə Mingəçevirdəki uşaq evində saxlanılır. 6 aylıq bir övladları isə öz yanlarında səfil böyüdülür. 40 yaşlı qadın Aidə Abdullayeva 4 aylıq hamilə olduğunu deyir. Onunla həmsöhbət olarkən mənasız baxışları, qırıq-qırıq sözlər, əslində onun üçün həyatın mənasının çoxdan bitməsindən xəbər verdi. Həyat yoldaşı Məhəmməd 110 manat təqaüd alır.
Səfil həyatına necə düşdüyünü soruşduqda isə əvvəlcə çiyinlərini çəkdi, sonra ailəsi haqqında o qədər də təsəvvürü olmayan 40 yaşlı Aidə xanım deyir ki, imkansız ailədən olduqları üçün anası onu ərə verib. Həyat yoldaşı Məhəmməd Abdullayev də imkansız səfil həyatı yaşayan bir ailənin oğlu olub. Ailənin başçısı hələ uşaqlıqdan oğullarını dilənməyə məcbur edirmiş. Analarıda səfil həyat yaşayıb ötən il dünyasını dəyişib. Aidə deyir ki, mən parklarda, bağlarda skamyaların üstündə yatıram. Şəhərin ucqar bağ massivi olan “Şəfa” bağlar massivində balaca daxmaları olduğunu bildirdi. Şəraitsiz, susuz, qazsız, işıqsız daxmada yaşamaq mümkün olmadığından elə bağlarda, parklarda yaşamağa üstünlük verdiklərini bildirdi. Elə 6 aylıq körpəsini də bu məkanlarda böyüdür. Pandemiyanın tüğyan etdiyi bir zamanda bu ailə heç bir gigiyenik qaydalara əməl etmədən, yuyunmaq üçün şəhərin məscidlərinə üz tutrlar. Natəmiz şəraitdə, əlləri, ayaqları çirkli vəziyyətdə uşaq böyüdürlər. Ən dəhşətlisi isə odur ki, bu qadın xəstəxanaya doğum üçün aparılanda çirkin, çirkabın içərisində olur. O bu vəziyyətdə həmin yerlərə də xəstəlik sala bilər.
Esmira Hidayətova, Mingəçevir
yeniavaz












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.