Azərbaycan otellərində “Yeni İl” qiymətləri – 3 gecəyə 8 min manat

2-12-2022, 17:27           
Azərbaycan otellərində “Yeni İl” qiymətləri –
Yeni ilə çox az vaxt qalıb və təzə ili Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib.

TEREF.AZ Banker.az-a istinadən bölgələrimizdə bir otaqlı və iki çarpayıdan ibarət olan kurortları və qiymətlərin siyahısını təqdim edir.

Basqal Resort & SPA – Basqal ölkənin mərkəzində və Bakı dan 150 km aralı, dəniz səviyyəsindən 1081 metr yüksəklikdə yerləşir. Kompleks 179 otaq, 3 yataq otağı olan dörd ayrıca kottecdən və içərisində açıq havada özünəməxsus kiçik hovuzu olan 1 kottecdən ibarətdir. 27-28 dekabrda 1 gecəlik səhər yeməyi daxil olmaqla “standard king” otaq 180 AZN, 27-29 dekabr isə 360 AZN olacaq.

“Quba Palace” Hotel – 31.12- 02.01 tarixinə olan Otaq növü və Qiymət cədvəlini sizə təqdim edirik: Deluxe Mountain (2 nəfərlik) 1,899 AZN, Deluxe Lake (2 nəfərlik) 1,999 AZN, Junior suite (2 nəfərlik) 2,099 AZN, Honeymoon suite (2 nəfərlik) 2,199 AZN, Family suite (4 nəfərlik) 3,999 AZN, Manna villa (2 nəfərlik) 2,199 AZN, Midiya villa (6 nəfərlik) 6,299 AZN, Urmiya villa (8 nəfərlik) 7,899 AZN, Atropatena villa (8 nəfərlik) 7,899 AZN-dir. Qiymətlərə səhər yeməyi, 31 dekabr günorta yeməyi və Qala Şam yeməyi, 1 yanvar tarixində səhər yeməyi və şam yeməkləri, 2 yanvar tarixində səhər yeməyi daxildir.

Lankaran Springs Wellness Resort – Bu oteldə 31 dekabr və 1,2 yanvar tarixlərində boş yer yoxdur, 29-30 dekabr tarixinə isə 2 nəfərlik “standart double” otaq səhər yeməyi ilə birlikdə 155 AZN, səhər və nahar yeməyi daxil olmaqla 185 AZN təşkil edir.

Shahdag Hotel& Spa – Dekabrın 30-dan yanvarın 2-dək bütün yerlər bron edilib. 29-30 dekabr tarixində 1 gecəlik səhər yeməyi də bir yerdə 220 AZN təşkil edir.

Qafqaz Tufandag Mountain Resort Hotel – Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Oteldə 2 nəfərlik Yeni il qiymətləri belədir: 31 dekabr-1 yanvar tarixinə yerlər yoxdur. 29-30 dekabr 325 AZN, 30-31 dekabr 295 AZN, 2-3 yanvarda isə 645 AZN-dir.

Qafqaz Riverside Otel – Qafqaz dağlarının yamacında Dəmiraparan çayının kənarında 20 hektarlıq möhtəşəm yaşıllıqlar içərisində yerləşir. Qəbələ şəhər mərkəzində yerləşən otel bir tərəfdən Tufandağ Qış-Yay turizm kompleksi, digər tərəfdən isə Qəbələnd əyləncə mərkəzi ilə əhatələnmişdir. Oteldə 29 dekabr- 31 dekabr tarixlərində 2 nəfərlik səhər yeməyi də daxil olmaqla 450 AZN, 30-31 dekabrda 225 AZN təşkil edir. 31 dekabr-1 yanvar tarixlərində isə boş yer yoxdur.

Qalaaltı Hotel&SPA – Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. 2 nəfər üçün 29-30 dekabr tarixində 119 AZN, 30-31 dekabr tarixində 179 AZN təşkil edir.

Shamakhi Palace Sharadil – “Shamakhi Palace Sharadil” Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektardır. 29-30 dekabrda 1 gecə 2 nəfərlik 180 AZN, 30-31 dekabr 180 AZN təşkil edir.

Chenot Palace Health Wellness Hotel – Qəbələdə Nohur gölü ətrafında yerləşir. 29 dekabr-1 yanvar tarixlərində 3 gecə 2 nəfərlik 1 otaq 8 007 manatdır.

Pik Palace Shahdag – 8 yanvara qədər boş yer yoxdur. 8-9 yanvarda 1 gecəyə səhər yeməyi də daxil olmaqla “deluxe king” otaq 350 AZN təşkil edir.

Park Chalet Hotel, Shahdag – Bu oteldə də 8 yanvara qədər bütün yerlər doludur. 8 yanvardan sonrakı günlər 1 gecəlik 300 AZN təşkil edir.

Sakit Göl Hotel – Bu otel Şamaxıda yerləşir. 27-28 dekabrda 2 nəfərlik göl mənzərəli səhər yeməyi və vergilər də daxil olmaqla 279 AZN, 3-4 yanvar 356 AZN, 3-5 yanvar 712 AZN, 3-6 yanvar isə 1068 AZN təşkil edir.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.