Naxçıvanda daha bir qadağa aradan qaldırıldı

5-12-2022, 10:35           
Naxçıvanda daha bir qadağa aradan qaldırıldı
Naxçıvan Muxtar Respublikasında avtomobillərə pərdə və plyonka vurulması qadağası aradan qaldırılıb.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, tələbatın yüksək olması səbəbindən şüşələrin plyonkalanması 120-130 manat civarında həyata keçirilir.
Bundan başqa, digər regionların qeydiyyatında olan köhnə avtomobillərin də Naxçıvanda qeydiyyata alınmasına icazə verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.
Hazırda məsələ ilə bağlı baxış müddəti sayıldığı üçün maşına vurulan pərdə və plyonkaya görə sürücülər cərimə edilmir.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.