Mətləb Əliyev: “Qəbirstanlıq ərazisinin torpağı qəbirstanlıq reyestri ilə birgə bələdiyyənin mülkiyyətinə verilmiş olsaydı..."

29-05-2023, 12:18           
Mətləb Əliyev: “Qəbirstanlıq ərazisinin torpağı qəbirstanlıq reyestri ilə birgə bələdiyyənin mülkiyyətinə verilmiş olsaydı..."
“Buzovna qəsəbəsində qədim Hun qəbirstanlığı birgə beş qəbirstanlıq mövcuddur. Lakin onlarn heç biri bələdiyyənin balansına təhvil verilməyib”-bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.
Sədrin sözlərinə görə, Azərbaycanın ən qədim qəbirstanlıqlarından olan Hun qəbirstanlığı hazırda Buzovnadakı ən qədim abidə hesab olunur. Qeyd edək ki, onun tarixi bizim eradan əvvəl III əsrə aid edilir. Burada çox qədim qəbirlər, sərdabələr və bir də türbə vardır. Həmin türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil, İslam dininin yayıldığı tarixdən sonrakı əsrlərə aid edilir. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Türbə sakinlərin həm də müəddəs ziyarət yerinə çevrilib.
Digər dörd qəbirstanlığın biri xristian, üçü isə müsəlman qəbirstanlığıdır ki, onun da biri hazırda istifadədədir.
Xüsusi olaraq qeyd edilməlidir ki, qəbirstanlıqlar Buzovna bələdiyyəsinin balansına təhvil verilməsə də yerli özünidarəetmə orqanı olaraq onların təmizliyi, ərazilərdə səliqə-səhmanın yaradılmasında, həmçinin müəyyən günlərdən ziyarətə gələnlərə rahatlığın təmin edilməsinə çalışırıq.
M.Əliyev bildirib ki, hazırda istifadə də olan qəbirstanlığa hasarın çəkilməsi bələdiyyə tərəfindən həyata keçirilmiş, həmçinin ara yollara çınqıl tökülərək yayılmışdır. Əlavə etmək lazımdır ki, əraziyə su xəttinin çəkilməsi, habelə bir neçə yerdə irihəcmli su çəninin quraşdırılması da məhz bələdiyyənin gördüyü işlərdəndir.
Yeri gəlmişkən sədr açıqlamasında qeyd edib ki, layihələrin bir çoxu Xəzər RİH-in təşəbbüsü ilə həyata keçirilib.
Buzovna qəsəbəsi “Xrustalnı” deyilən qəbirstanlıq dörd hektarı əhatə edir və hazırda istifadədədir. Bələdiyyə olaraq burada aparılan hər bir işə, habelə ərazinin təmizliyinə nəzarət edirik.
Xristian qəbirstanlığına da eyni diqqəti göstərməyi Azərbaycan kimi tolerant bir dövlətin vətəndaşı olaraq özümüzə borc bilirik.
Hər iki qəbirstanlıqda göz oxşayan gül kolları və ağaclar əkilərək qulluq göstərilməkdədir. Bununla yanaşı ərazinin müəyyən hissələrinə asfalt da vurulmuş, əlavə olaraq 40 metrlik su quyusu da qazılaraq istifadəyə verilmişdir.
Düşünmək olar ki, ərazinin torpağı qəbirstanlıq reyestri ilə birlikdə bələdiyyənin mülkiyyətinə verilmiş olsaydı, bizdə konkret olaraq əraziyə daha çox diqqət göstərmiş olardıq. Bununla da cənab Prezidentin söylədiyi kimi “vətəndaş məmnunluğunun təmin edilməsinə” öz töhfəmizi verərdik.





Belediyye.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.