Restoranlarda biabırçılıq: neçə gündən qalma yeməklər bizə sırınır... FOTOLAR

19-05-2015, 09:40           
Restoranlarda biabırçılıq: neçə gündən qalma yeməklər bizə sırınır... FOTOLAR
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi paytaxtda fəaliyyət göstərən restoranlarda yoxlamalar aparıb

Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133 ünvanında yerləşən "Perfetto" restoranında aparılan yoxlama zamanı insan orqanizmi üçün təhlükəli mikrob aşkarlanıb.
Bu barədə virtualaz.org saytına komitənin mətbuat xidmətindən məlumat veriblər.
Xəbərdə deyilir ki, araşdırma zamanı restorandan “kartof” salatı və “kiyevsayağı” kotletindən seçilmiş nümunələrin laboratoriyada sınaqları aparılıb. Sınaq nəticəsində məhsulların tərkibinin ümumi mikroorqanizmlərin sayına görə standartın tələblərinə cavab vermədiyi müəyyən olunub.
Bundan başqa, müəssisədə hazırlanan şorbaların soyuducuda saxlanılaraq sifariş zamanı donu açılaraq qızdırıldığı və təkrarən soyuducuda saxlanıldığı, mal qonşuluğuna riayət edilmədiyi, müxtəlif ərzaq məhsullarının (ağ pendir, hisə verilmiş saçaqlı pendir, göbələk, zeytun və s.) düzgün saxlanılmadığı, mənşəyi və saxlanma müddəti məlum olmayan məhsullar (alça turşusu, pomidor turşusu, xiyar turşusu) müəyyən edilib. Həmçinin istifadə olunan məhsulların uyğunluq sertifikatları, yeməklərin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq nəzarətindən keçməsi barədə müvafiq sənədlər, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlər mövcud olmayıb.

Restoranın mətbəxində sanitar norma və qaydalara riayət olunması vəziyyətinin qiymətləndirilməsi məqsədilə istifadə edilən tərəvəzlərin, ət və ət məhsullarının emal olunduğu lövhədən, qazandan, aşbazların əllərindən yaxmalar götürülüb, laboratoriya sınaqları aparılıb. Nəticədə aşbazın əllərində “S.aureus” bakteriyası aşkar edilib.
Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri cərimələnib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.