Ermənilər ayağa qalxdı: Nihat Hatiboğlunu məhkəməyə verirlər

15-05-2019, 12:36           
Ermənilər ayağa qalxdı: Nihat Hatiboğlunu məhkəməyə verirlər
Türkiyə Böyük Millət Məclisində (TBMM) Xalqların Demokratik Partiyasından (HDP) olan erməni əsilli millət vəkili Qaro Paylan məşhur ilahiyyətçi Nihat Hatiboğlunu məhkəməyə verəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Qaro Paylan sosial şəbəkə üzərindən paylaşıb.
Qaro Paylan bəyan edib ki, ATV kanalında yayımlanan canlı yayımda Nihat Hatiboğlu 13 yaşlı Artur adlı erməni uşağı valideyinlərinin icazəsi olmadan "kəmeyi-şəhadət" söylədərək dinini dəyişdirib.
Erməni əsilli millət vəkili deyib ki, Arturun anası Alina Yengibaryanla görüşüb və məlum olub ki, bu hadisədən onun xəbəri yoxdur.
Bundan başqa İnsan Haqları Dərnəyinin rəhbəri də Hatiboğlu barəsində məhkəməyə müraciət edəcəklərini açıqlayıb.
Eyni zamanda İstanbul Erməniləri Patriarxlığının baş arxiyepiskopu Aram Ateşyan da Türkiyə Diyanət İşləri müdirinə zəng edərək öz narazılığını çatdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.