Reper polisin “dur” əmrinə tabe olmadı, öldürüldü

11-09-2019, 16:10           
Reper polisin “dur” əmrinə tabe olmadı, öldürüldü
Amerikalı reper Brian J.Quinones ABŞ-ın Minneapolis şəhərində qırmızı işıqdan keçdiyi üçün yol polisi tərəfindən “dur” xəbərdarlığı edilib.

“Qafqazinfo” xəbər verir ki, polisin maşını saxlama əmrinə tabe olmayan reper onlarla qaçdı-tutdu oynamağa başlayıb. Üstəlik, Brian bütün bunları feysbukda açdığı canlı yayımda göstərib. Ancaq polislə oyunun sonu xoş bitməyib.

Maşınından bıçaqla enən Brian polisin “bıçağı kənara qoy” xəbərdarlığına əhəmiyyət verməyib. Bu zaman polis ona 5 dəfə atəş açaraq reperi öldürüb.


Hazırda istintaq tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.