Həbsdə olan MTN zabiti İlham Əliyevə müraciət etdi - “Ulu Öndərin müqəddəs qəbrini 4 ildir ki, həbsdə olduğuma görə ziyarət edə bilmirəm”

14-11-2019, 18:06           
Həbsdə olan MTN zabiti İlham Əliyevə müraciət etdi - “Ulu Öndərin müqəddəs qəbrini 4 ildir ki, həbsdə olduğuma görə ziyarət edə bilmirəm”
2017-ci ildə azadlıqdan məhrum edilmiş təqaüddə olan MTN zabiti, polkovnik Səlim Məmmədov prezident İlham Əliyevə müraciət edib.

DİA.AZ-ın məlumatına görə, Səlim Məmmədov müraciətində xatırladıb ki, o, uzun müddət təhlükəsizlik orqanlarında vətənə və dövlətçiliyə sədaqətlə və fəxrlə xidmət edib:

“Bu gün də öz qüsursuz xidmətlərimlə fəxr edirəm. Sizə verilən yanlış məlumat əsasında 16 noyabr 2015-ci il tarixdən həbsdəyəm. Hazırda işimə Alıi Məhkəmədə baxılır. Mən istəyirəm ki, sizin və Azərbaycan təhlükəsizlik orqanlarının, sülhün və əmin-amanlığın banisi ulu öndər Heydər Əliyevin qarşısında təqsirsizliyimi və sadiqliyimi isbat edim. Qarşıdan Ulu Öndərimiz Heydər Əliyevin vəfatının ildönümü gəlir. Əvvəllər mütəmadi olaraq ziyarət etdiyim Ulu Öndərin müqəddəs qəbrini 4 ildir ki, həbsdə olduğuma görə ziyarət edə bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu il Ulu Öndərin müqəddəs qəbrini ziyarət etməyimə şərait yaradılması üçün göstəriş verəsiniz”.

Təqaüddə olan polkovnik 2015-ci ildə həbs olunub, ona qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlığın məhdudlaşdırılması, mənimsəmə, hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət, passiv rüşvətxorluq, vəzifə saxtakarlığı, hakimiyyət həddini aşma, hakimiyyətdən istifadə etməmək kimi 10-dək maddə irəli sürülüb. Səlim Məmmədov 11 il azadlıqdan məhrum edilib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.