Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu

15-11-2019, 10:06           
Məşhur bakılı müğənni ermənilərin təxribatına qoşuldu
Bakı əsilli məşhur müğənni Boka (əsl adı Boris Arkadyeviç Davidyan) Moskva Millətlər Evində mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, mətbuat konfransı Bokanın “50 il sevgi ilə” konsert proqramının keçirilməsinə həsr olunub.

“Yeni Perspektivlər” Avrasiya Assosiasiyasının “Bizim Artsax” media holdinqi və “Millətlər İttifaqı” ilə birgə təşkil etdiyi tədbirdə Qarabağ separatçılarına informasiya dəstəyi verən “Bizim Artsax” media holdinqi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Holdinqin baş direktoru Gevorq Arzumanyan müğənnini “ermənilərin fəxri” adlandırıb.

Xatırladaq ki, səhnə adı Boka olan müğənni Boris Arkadyeviç Davidyan 1949-cu il aprelin 28-də Bakıda anadan olub. O daha çox şanson janrının ifaçısı kimi tanınan müğənni "Dolya vorovskaya" mahnıası ilə populyarlıq qazanıb. Bokanın nəvəsi Georgi Mkrtçyan da Joka adı ilə müğənnilik edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.