Aygün Kazımovanın qardaşı Kazım həbsdən niyə çıxdı - AÇIQLAMA

22-11-2019, 18:36           
Aygün Kazımovanın qardaşı Kazım həbsdən niyə çıxdı - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, mətbuatda xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımzadənin azadlığa buraxılması ilə bağlı məlumat yayılıb.

Onun oğlu Ələsgər Kazımzadə “Yeni Müsavat”a danışaraq, məlumatı təsdiqləyib: “Bəli, yayılan xəbərlər doğrudur, atam hazırda azadlıqdadır. Lakin onun sağlamlığı ilə bağlı vəziyyət dəyişilməz olaraq qalır, çox ağırdır. Qeyd edim ki, atamın azadlığa buraxılmasında mətbuatın böyük rolu oldu. Buna görə də hər kəsə öz təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, 2013-cü ildə Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs olunmuşdu. O, Bakı şəhərində tikinti işləri ilə məşğul olan K.Kazımov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunaraq, 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Bu günlərdə onun oğlu Ələsgər Kazımzadə “Yeni Müsavat”a danışaraq, atasının ağır xəstəlikdən əziyyət çəkdiyini, yaşaması üçün mübarizə apardığını bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.