“Dini kəbin”ə girib... Uşaq cəlladı olmağına acıyıram!” – Flora-Afət qalmaqalı böyüyür

2-12-2019, 11:16           
“Dini kəbin”ə girib... Uşaq cəlladı olmağına acıyıram!” – Flora-Afət qalmaqalı böyüyür
Xalq artisti Flora Kərimova ilə ifaçı Afət Fərmanqızı arasındakı qalmaqal böyüyür.

“Yeni Sabah” xəbər verir ki, F.Kərimova ona cavabı sosial şəbəkədə verərək sərt fikirlər səsləndirib:

“İki ali təhsil sahibi müəllimə-müğəni” fikirlərin cəhənnəm, cümlə sonluqlarına bax, yazıların qüsursuz olsun. Toyların azalıb, “mən-mən” də dəbdən düşüb deyə əlacsız qalıb yeni qalmaqal dilənirsən.

Bütün Azərbaycan mənim zarafatımı başa düşdü sən - “filoloq, alimdən” başqa! İş ki, qaldı “Ətlə pişik” misalına, ovçu olmaq taleyin gətirmədi! Sənin qismətin ancaq və ancaq qurbanlıq olmaqdır, hələ də olursan!

Bir məkana verilən adlara gəldikdə isə olsun “Nəsimi bazarı”, “Füzuli meydanı”, “Nizami kücəsi” və s. bunların hec biri şəxsiyyətə yönəlmiş aşağılayıcı təqdimat deyil!

Bazarda işləyənləri “Nəsimi” adına layiq bilmirsənsə, bu illərlə içində qaynatdığın vətəndaş problemindir! Bu qədər Millət tərəfindən söyülə-söyülə anlamadığın həqiqəti sonuncu dəfə izah edim:

Dahi Füzulinin sözlərinin ağırlığı altında “Füzuli kantatası”nı yaradan böyük bəstəkar Cahangir Cahangirov Nəsiminin “Sığmazam” qəzəlinin faciəsini dərk edib mənəvi sərvətimiz olan “Nəsimi” kontatasını yazdı. Və sən Afət, Nəsimini (sənin sözünlə desək) ancaq bazar səviyyəsinə yox, bazarda olan piştaxta səviyyəsinə endirdin! Buna görə sənə “əhsən” düşür!

İndiyə kimi mənəvi cinayətlə məişət cinayəti arasında fərqi görməyən savada nə deyib, necə qiymət verəsən?! Əgər saç başa ağıl gətirsəydi, sənin adın dahilər sırasında səslənərdi!

Bilməmiş olmazsan, urina (sidik) dozasının artıqlığı nə bədənə nə ağıla ziyanı yoxdu. Vay o günə ki, kişilərin artığı olasan!

Afət, sevirəm deyib “Dini kəbinə” girib (gah qolunu, gah kəbinin üz qabığın göstərdiyin ilə) kecirdiyin sabaha güvənməyən qadın – sənə uşaq cəlladı olmağına acıyıram! Hamıya hər fürsətdə ucuz cavablarla o qədər özünün yerə çırpıb kiçiltdin ki, sayılası düşmən də ola bilmədin!”

Afət Fərmanqızının da Xalq artistinə cavabı gecikməyib. İfaçı video paylaşaraq xalq artistini ittiham edib və bu sözləri yazıb: “Mənim toylardan vaxtım yoxdur o “Ekaterina”ya geniş cavab verim. Həyatında olan kişiləri sadalasam İnstaqram tab gətirməz. Əxlaqsızın böyüyü sənsən! Mən siyasət adamı deyiləm, amma bir əqidəyə qulluq edirəm. Vaxtilə səhv addımlar atdın ölkə əleyhinə, elə bildin səni mədəniyyət naziri qoyacaqlar, gördün ki, özün deyib, özün eşidirsən, yoruldun və susdun! Amma xəyanətkar elə həmişə xəyanətkar olur!”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.