Onilliyin ən məşhur kliplərinin adları açıqlandı - SİYAHI

14-12-2019, 09:53           
Onilliyin ən məşhur kliplərinin adları açıqlandı - SİYAHI
"YouTube" videohostinqi 2010-cu ildən 2019-cu ilə qədər ən məşhur videokliplərin siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, 2010-cu ildən həmin kliplərə ümumilikdə 37 milyard dəfədən çox baxılıb.

Luis Fonsi və Daddy Yankeenin "Despacito" çarxı ən çox baxılan videoklip olub. Video 2017-ci ildə yayılıb və indiyə 6,5 milyarddan çox baxış sayı yığıb.

Siyahıda ikinci yerdə Ed Şiranın "Shape of You" klipidir. Bu mahnı çarxı 4,5 milyard nəfərin diqqətini cəlb edib. Bu halda britaniyalı ən yaxşıların siyahısına iki dəfə düşmüş tək ifaçı olub. Onun "Thinking Out Loud" mahnısı həm də 10-cu yeri tutub.

Uiz Xalifanın "See you again" mahnısı videoklip liderləri siyahısının ilk üçlüyünü qapayıb. Siyahıdakı top-10-a həmçinin Castin Biberin "Sorry", Ketti Perrinin "Roar", Maroon 5-in "Sugar", PSY və "OneRepublic" mahnıları daxildir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.