Almaz Ələsgərlidən oxuduğu erməni mahnısı ilə bağlı — AÇIQLAMA

14-08-2020, 15:25           
Almaz Ələsgərlidən oxuduğu erməni mahnısı ilə bağlı — AÇIQLAMA
Əməkdar artist Almaz Ələsgərli efirdə erməni mahnısı səsləndirməsinə münasibət bildirib.

Sənətçi ‘’Ölkə.Az’’-a açıqlamasında ifa etdiyi mahnının ermənilərə deyil, bizə məxsus olduğunu deyib.

‘’Mən bu haqda bir kəlmə deyəcəm. O da, həmin repertuarın ermənilərə yox, bizə məxsus olmasıdır. Onsuz ömür boyu ermənilər hər şeyi bizdən oğurlayıblar. Mahnı da bizə məxsusdur’’.

Qeyd edək ki, A. Ələsgərli bir neçə telekanalın efirində Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi ‘’Da zdravstuet lyubov’’ mahnısını oxuyub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.