“Paşinyan bizə o qədər mövzu verib ki...“ - “Bu Şəhərdə”nin prodüseri

26-10-2020, 10:23           
“Paşinyan bizə o qədər mövzu verib ki...“ -
Siyasətçinin karyerasında qara günlər onun istehza və gülüş hədəfinə çevrildiyi andan başlayır. Ermənistanın baş naziri Nikol Paşinyan da hazırda bu taleyi yaşayır. Paşinyan son zamanlar həm öz ölkəsində, həm də Azərbaycanda gülüş hədəfinə çevrilib.

Bu mövzu azərbaycanlı ssenarist və aktyorların da diqqətindən yayınmır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Bu Şəhərdə”nin prodüseri, ssenarist Müşfiq Abbasov Paşinyanla bağlı səhnəciklər hazırlayacağını bildirib:

“Paşinyanla bağlı səhnəciklərimiz olacaq. İnşallah, müharibə də, karantin də bitsin növbəti konsertlərimizdə olacaq. Paşinyan bizə o qədər mövzu verib ki.. Ssenari yazmağıma ehtiyac qalmayacaq, dırnaqarası nitqi ilə hər şeyi özü yazıb, həm obrazı, həm də mətni verib. Bu mövzulara mütləq toxunulacaq – Paşinyana və onun arvadına”.

M.Abbasov "Bu şəhərdə" komandasının "YouTube" kanalı üçün hazırladıqları səhnəcikləri davam etdirəcəklərini də deyib:

“Karantin müddətində “YouTube” üçün hazırladığımız səhnəcikləri davam etdirməyi düşünürük. Bildiyiniz kimi hazırda ölkədə internet məhdudiyyəti var. Məhdudiyyət aradan qalxdıqdan sonra davam etdirəcəyik. İndi nəsə hazırlasaq da baxan olmayacaq, insanların böyük hissəsi internetə girə bilmir. Əlimizdə hazır bir neçə səhnəcik var, internet qadağası aradan qalxdıqdan sonra kanala yerləşdirəcəyik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.