Məhv edilmiş keçmişimiz - Salaman Mümtazın anım gümüdür......

6-09-2019, 09:35           
Məhv edilmiş keçmişimiz - Salaman Mümtazın anım gümüdür......
Sabah XI əsrdə yaşayan türk elm və mədəniyyətinin zirvəsi hesab edilən Mahmud Kaşğari ilə müqayisə edilə biləcək məşhur türkoloq və ədəbiyyatşünas alim Salman Mümtazın öldürüldüyü gündür ...
Təəssüflə deyim ki, barmaqla sayıla biləcək bir -iki nəfərdən başqa 57 illik ömrünü Azərbaycan elminə, ədəbiyyatına həsr edən, 1937 - ci ildə repressiya qurbanı olub, 1941-ci ildə Rusiyanın Oryol şəhərində güllələnərək, ömrünü millətinə bağışlayan dühanı tanımadı.tanıdısa da ancaq ölüm və doğum günlərində yada salınır ...Sözün bitdiyi yer...
Salman Mümtaz haqqında heç nə yazmayacağam. Tanımaq istəyənlər, həyatları boyunca bəlkə də, neçə dəfələrlə qarşısından keçdikləri Azərbaycan Milli Elmlər Akademiyasının Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə baxa, araşdırma aparıb, öyrənə bilərlər. Dəyərli dostlarım, bir şeyi unutmayaq, keçmişinə sahib çıxmadan, gələcəyə gedə bilməzsən. Bu gün Salman Mümtazın 135 illiyidir. Tanrı məkanını uçmaq etsin, millətimizin yaddaşında yaşatsın. Hər kəsə sayğılarımla...

Amma Bir cümləsini deyəcəyəm :"O, bütün varlığı ilə əsarət altında olan türklərin yenidən dünyanın ən güclü və qüdrətli dövlətləri arasında öz layiqli yerini tutacağına əmin idi. Salman o dövrdə yazırdı: “Mən üfüqlərdən doğmaqda olan yeni, qüdrətli türk-islam dünyasını, ana Turanı görürəm. Turan bütün türk qövmlərini öz bayrağı altında toplaya bilən qüdrətli və ədalətli bir dövlət olacaq. Bu dövlət dünya xalqlarına əbədi sülh və səadət gətirəcək, dünyanın hər yerində haqq və ədaləti müdafiə edəcək, zülmə qarşı mübarizə aparacaq, bəşər övladının dinc şəraitdə yaşaması, günahsız körpələrin müharibə qurbanlarına çevrilməməsi, anaların bir də övladları üçün göz yaşları tökməməsi üçün bütün imkanlarından istifadə edəcək”.
O, qədim əlyazmalar sərrafı idi və onların gələcək nəsillər üçün nə qədər böyük nümunəvi, tərbiyəvi əhəmiyyət kəsb edəcəyini, milli oyanışımızda, milli özünüdərkdə necə əvəzsiz rol oynayacağını çox yaxşı bilirdi. O, harada əlyazma olduğunu öyrənirdisə, dərhal özünü ora çatdırır, sahibi ilə görüşürdü. Qeyrətli oğullarımız ona bu əlyazmaları pulsuz verirdilər. Bəziləri isə əlyazma üçün pul tələb edirdilər. Belə hallarda o, pulu olsa, dərhal bu əlyazmanı alar, olmayanda isə yanındakı ən qiymətli əşyasını girov qoyaraq əlyazmanı əldə edərdi. Əslində bu, ömrünü millətinin səadətinə həsr edən böyük bir vətənpərvərə xas olan xüsusiyyət idi. Bu baxımdan onu türk dünyasının böyük oğlu, XI əsrdə yaşayan türk elm və mədəniyyətinin zirvəsi hesab edilən Mahmud Kaşğari ilə müqayisə etmək olar. Mahmud Kaşğari vaxtilə Türküstanı (indiki Orta Asiya) kəndbəkənd, evbəev gəzmiş, türk qövmlərinin folklorunu toplamış, milli adət-ənənələrini, yaşayış tərzlərini, danışdıqları ləhcələri tədqiq etmiş və türk dünyası üçün mənəvi xəzinə hesab edilən bir əsəri- “Kitabü-Lüğat-it-Türk”ü yazmışdı. Bu əsər türk dilini, türkün adət-ənənələrini, zəngin folklorunu, mədəniyyətini, coğrafiyasını, tarixini, ləhcələrini öyrənənlər üçün qiymətli bir mənbə idi. Salman Mümtaz da böyük insan Kaşğarinin bu ənənəsini davam etdirirdi. Amma Kaşğaridən fərqli olaraq, Salman Mümtazın həyatı qəddar bolşevik rejimi dövrünə düşdü və bu da onun min bir əzab-əziyyət hesabına yığdığı əlyazmaların vəhşicəsinə məhv edilməsinə, özünün isə güllələnməsinə aparıb çıxardı....
Baba Allahnezerov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.