Musəvidən şok: Onlar edam ediləcək

9-12-2019, 02:59           
Musəvidən şok: Onlar edam ediləcək
Təbriz İnqilab Məhkəməsinin hakimi İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən etirazlarla bağlı saxlanılan Güney azərbaycanlı fəalların ailə üzvləri ilə söhbətində gözlənilməz açıqlama verib.

Axar.az xəbər verir ki, hakim Musəvi “saxlanılanlar nə zaman azadlığa buraxılacaq” sualına cavabında vəziyyətin ürəkaçan olmadığını deyib.

"Saxlanılanların sərbəst buraxılmasını gözləməyin, onlar edam ediləcək. Saxlanılanların azadlığa buraxılması bizdən asılı deyil. Biz ETTELAAT İdarəsinin göstərişi ilə onların saxlanılma müddətinin daha bir ay uzaldılması haqda qərar qəbul edəcəyik", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru