Ərdoğan Nobel Akademiyasını sərt tənqid etdi - QALMAQAL

11-12-2019, 00:02           
Ərdoğan Nobel Akademiyasını sərt tənqid etdi - QALMAQAL
Türkiyə Albaniya və Kosovoya qoşularaq dekabrın 10-da Nobel mərasimini boykot edir. Onlar 2019-cu il ədəbiyyat mükafatının avstriyalı yazıçı Peter Handkeyə verilməsinə etiraz edirlər.

Handke Serbiyanın mərhum lideri Slobodan Miloseviçi dəstəklədiyinə görə tənqid olunur.

Türkiyənin İsveçdəki səfiri Hakki Əmre Yunt dekabrın 9-da Türkiyənin “Hurriyet” qəzetinə deyib ki, bir gün sonra Stokholmda keçiriləcək mükafatlandırma mərasiminə qatılmayacaq. İsveçdə Handkeyə qarşı iki nümayişin təşkil olunacağı gözlənir.

Ötən həftəsonu Türkiyənin hökumət rəsmisi İsveç Akademiyasını mükafatı Handke-yə vermək qərarını dəyişməyə çağırıb.

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan Nobel Akademiyasını tənqid edib, ədəbiyyat üzrə mükafatı avstriyalı yazıçı Peter Handkeyə verməklə insan haqları pozuntularını mükafatlandırdığını bildirir. “Nobel ədəbiyyat mükafatını dekabrın 10-da – İnsan Haqları günündə Bosniyada qətliamı inkar edən, hərbi cinayətkarları müdafiə edən irqçiyə verməyin insan haqları pozuntularını mükafatlandırmaqdan başqa adı yoxdur”, – Ərdogan deyib.

Kosovonun vəzifədən getməkdə olan xarici işlər naziri naziri Behgjet Pacolli də İsveçdəki səfirə tədbiri “boykot” etmək göstərişi verib. Onun sözlərinə görə, “Miloseviçi və onun Bosniya və Kosovoda törətdiyi soyqırımını dəstəkləyən yazıçı Nobel mükafatına layiq deyil". Albaniyanın Xarici işlər naziri vəzifəsini icra edən Gent Cakaj da oxşar addım atıb. O, tvitində yazıb ki, “Yuqoslaviyanın parçalanması zamanı baş vermiş hərbi cinayətləri əsaslandırmağa görə mükafat verilməməlidir”.

Bu gün Stokholmun mərkəzindəki Norrmalmstorg meydanında Handkeyə qarşı yüzlərlə adamın etiraza çıxacağı gözlənir. Daha bir nümayiş isə mükafat mərasiminin keçirildiyi Stokholm Konsert Zalının qarşısında planlaşdırılır.

Oktyabrın 10-da İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel mükafatını 77 yaşlı avstriyalı yazıçıya təqdim edib. Bu addım Balkanların bir çox yerində qəzəblə qarşılanıb. Səbəb onun 2006-cı ildə Miloseviçin dəfni zamanı keçmiş prezidenti öyən nitq söyləməsidir.

Milosevic BMT hərbi tribunalında mühakimə olunan zaman vəfat edib. O, 1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonrakı münaqişələrdə soyqırımı və digər hərbi cinayətlər törətməkdə təqsirləndirilirdi.

Handke dekabrın 6-da Stokholmda keçirilən mətbuat konfransında Miloseviçə dəstəyilə bağlı sualları cavablandırmayıb. “Mən fikirləri deyil, ədəbiyyatı sevirəm”, – o, jurnalistlərə deyib.

Dekabrın 10-da Handkeyə 9 milyon kron (935 min dollar) təqdim olunacaq, daha sonra ənənəvi Nobel banketi keçiriləcək. İsveçdəki səfirlər tədbirə və banketə cəlb olunublar. (azadliq.org)шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.