Türkiyə su sərhədini qətiyyətlə qoruyacaq - Çavuşoğlu

16-12-2019, 04:50           
Türkiyə su sərhədini qətiyyətlə qoruyacaq - Çavuşoğlu
Türkiyə Suriya böhranının həllində və Aralıq dənizindəki su sərhədlərinin qorunmasında mövqelərini qətiyyətlə müdafiə edəcək.

Axar.az xəbər verir ki, bu fikirləri Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisindəki çıxışında ifadə edib.

Nazir, həmçinin, NATO daxilindəki fəaliyyəti, təhlükəsizlik qüvvələrinin ələ keçirdikləri terrorçuların ölkədən xaric edilməsi, terrorçuluqla mübarizə, qonşu dövlətlərlə münasibətlərə dair xarici siyasətin vəziyyəti barədə millət vəkillərinə məlumat verib.

M.Çavuşoğlu diqqətə çatdırıb ki, Türkiyə bütün fəaliyyətini beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirir və özünün təhlükəsizliyini təmin etmək məsələsində geri addım atmayacaq. Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən NATO və Avropa İttifaqı, eləcə də qonşu dövlətlərlə bütün problemləri danışıqlar yolu ilə həll etməyə hazırdır.

Qeyd edək ki, Liviya ilə bağlanan müqavilə TBMM-ə ratifikasiya üçün təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru