Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...

10-07-2020, 22:06           
Aya Sofya məscidə çevrildi -
Türkiyə məhkəməsi İstanbuldakı Müqəddəs Sofiya (Ayasofya) kilsəsinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar qəbul edib.

Moderator.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti Andrey Klimov sözügedən qərardan sonra Türkiyə rəsmiləri ilə görüşdüyünü və ibadət üçün açılan Ayasofya məscidinə xristianların da girməyə davam edə biləcəklərinə təminat verildiyini söyləyib.

Andrey Klimov Ayasofyanın statusunun muzeydən məscidə çevrilməsinə baxmayaraq, Rusiyadan gedənlər də daxil olmaqla xristianların Ayasofyaya girməyə davam edə biləcəyi mövzusunda türk siyasətçilərinə inandıqlarını söyləyib.

Qeyd edək ki, İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin 24 noyabr 1934-cü ildə muzeyə çevrilməsinə qərar verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru