Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO

16-09-2020, 01:31           
Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO
Türkiyədə “Baykan Turkey” şirkəti tərəfindən istehsal edilmiş ilk uçan avtomobil “Cezeri”nin birinci uçuş sınağı uğurla yekunlaşıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, uçan avtomobilin sınağı şirkətin texniki direktoru Selçuk Bayrakdarın rəhbərliyi ilə keçirilib. “Cezeri” tamamilə sərbəst uçur və uçuşun intellektual sisteminə malikdir. Yeni avtomobil bir gecə ərzində iki müxtəlif uçuşu müvəffəqiyyətlə yerinə yetirib.

Dünən “Baykar” Milli Tədqiqat və İstehsalat Mərkəzində həyata keçirilən ikinci sınaq uçuşunda “Cezeri” təhlükəsizlik zəncirləri olmadan 10 metrədək yuxarı qalxıb. Bu, avtomobiln hazırlanmağa başladığı il yarımlıq müddətdə ilk uçuşu olub.

Türkiyə mühəndisləri tərəfindən hazırlanan avtomobilin çəkisi 230 kiloqramdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru