Ərdoğandan Türkiyəni təhdid edənlərə CAVAB: “Sanksiya nədirsə, gecikmə, tətbiq et”

25-10-2020, 20:11           
Ərdoğandan Türkiyəni təhdid edənlərə CAVAB:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya şəhər nümayəndəliyində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə bir daha dəstəyini bildirib.

Ərdoğan Türkiyə ilə bağlı təzyiq göstərməyə çalışanlara cavab verib.

Cebhe.info xəbər verir ki, Azərbaycana dəstəyi üçün Türkiyəyə sanksiya tətbiq edəcəkləri ilə hədələyənlərə üzünü tutan Ərdoğan deyib:

"Bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng vurub deyir ki, “Biz sizin yanınızda kimin olduğunu bilirik. Ərdoğan var, Türkiyə var. Yeri gələrsə biz Türkiyəyə də sanksiya tətbiq edərik. Sən kiminlə oynadığının fərqində deyilsən. Sanksiya nədirsə, gecikmə, tətbiq et"- deyə vurğulayıb.

R.T.Ərdoğan hollandiyalı deputat Vildersə də cavab verib.

Kimə dil uzatdığına diqqət et”-deyə, R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti çıxışı zamanı hollandiyalı millət vəkilinə bu sözləri deyib: "Bir dəfə həddini bil. Faşizm bizim kitabımızda yox, sizin kitabınızda var. Bizim kitabımızda sosial ədalət var".

Qeyd edək ki, hollandiyalı deputat, R.T. Ərdoğan haqqında faşizmi andıran karikatura paylaşmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.