Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

28-11-2022, 10:31           
Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək
Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkə hökumətinin iclası keçiriləcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları, o cümlədən ehtimal edilən quru əməliyyatları müzakirə ediləcək.

Bundan başqa, iclasda hicabla bağlı konstitusiyaya dəyişiklik məsələsi də gündəmdə olacaq. Bununla bağlı referendumun keçirilməsi barədə məsləhətləşmələr aparılacaq.

Həmçinin hökumətin infliyasiya ilə mübarizəsi də müzakirə olunacaq.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.