Bakı buna görə İstanbulu keçdi

2-12-2022, 12:09           
Bakı buna görə İstanbulu keçdi
Bakıda fəaliyyət göstərən taksilərin sayı İstanbuldakı taksilərdən çoxdur.

Teref.az xəbər verir ki, bu sözləri dekabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetində "Nəqliyyat və logistika kompleksinin inkişafı" mövzusunda keçirilən konfransda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsində mütəxəssis Rauf Səfərov deyib.

O bildirib ki, hazırda ölkə üzrə 40 mindən çox taksi fəaliyyət göstərir ki, onun da təxminən 28 mini Bakıdadır. İstanbulda isə bu rəqəm 17 min civarındadır.

R.Səfərov qeyd edib ki, İstanbulda taksilərin sayına kvota tətbiq olunub və bu, şəhərdəki sıxlığı nizamlamağa imkan yaradır. (Azərtac)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.