Daha bir tanınmış şəxs hava limanında saxlanıldı (FOTO)

2-02-2023, 18:41           
Daha bir tanınmış şəxs hava limanında saxlanıldı (FOTO)
Türkiyəli modelyer Barbaros Şansal İstanbul Hava Limanında polis tərəfindən saxlanılıb.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, Türkiyə Respublikası hökumətini, dövlətin ədliyyə orqanlarını, ordunu və polisi açıq şəkildə təhqir etdiyi bildirilən modelyer barədə axtarış qərarı verilib. Hava Limanındakı şəxsiyyət yoxlanışı zamanı bu barədə qərarın olduğunu görən türk polisi Şansalı bölməyə aparıb.

Polis tərəfindən saxlanılan Barbaros Şansal izahatında, "olmayan "Facebook" hesabıma görə saxlanılmışam, tezliklə izahat verib, azadlığa çıxacağam" - deyə bildirib.

Xatırladaq ki, bir neçə saat öncə, türkiyəli teleaparıcı Metin Uca da İstanbul Hava Limanında saxlanılmışdı. Barbaros Şansal, onunla eyni vaxtda saxlanıldığı açıqlayaraq, "Uca izahatından sonra sərbəst buraxılacaq" - deyə vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru