CHP-də dəyişiklik tələbi: "Kılıcdaroğlu gedməlidir..."

29-05-2023, 08:48           
CHP-də dəyişiklik tələbi: "Kılıcdaroğlu gedməlidir..."
Türkiyə Prezident seçkilərində “Millət İttifaqı”nın prezidentliyə namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun məğlubiyyəti müxalifət və tərəfdarları arasında ciddi rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, tərəfdarlar CHP-nin mərkəzi binasının qarşısında toplanaraq Kamal Kılıçdaroğlunu sədrlikdən istefa etməyə səsləyiblər.

Bununla yanaşı bir çox siyasətçi və müxalifət nümayəndəsi Kamal Kılıçdaroğlunun CHP sədrliyindən getməli, sədr postuna partiyanın digər üzvü, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun keçməli olduğunu bildirirlər.

CHP sədri Kamal Kılıçdaroğlunun səsvermənin nəticələrindən sonra xalqa müraciətində bu addımı atacağı gözlənilsə də, o, vəzifəsini tərk etməyəcəyini, bundan sonra da fəaliyyətini olduğu kimi davam etdirəcəyini bildirib. Onun bu açıqlaması müxalifət kəsimi və tərəfdarlarını daha da qəzəbləndirib. Hazırda istefa çağırışları davam edir, İmamoğlunun sədr vəzifəsinə gətirilməsi tələb olunur.

Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru