İstanbul sahillərində yük və konteyner gəmiləri toqquşub

18-09-2023, 10:59           
İstanbul sahillərində yük və konteyner gəmiləri toqquşub
Rusiyadan gələn yük gəmisi İstanbul sahillərində konteyner gəmisi ilə toqquşub.

Bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Hadisə Mərmərə dənizindəki Axırkapı körpüsü yaxınlığında baş verib. 228 metr uzunluğundakı “New Legend” yükdaşıyıcısı ilə 141 metr uzunluğundakı “Elbsun” konteyner gəmisi toqquşub.
Sahil mühafizəsinin məlumatına görə, Honkonq bayrağı altında üzən “New Legend” Rusiyadan Malayziyaya gedirmiş. Konteyner gəmisi isə Portuqaliya bayrağı altında üzür. Hadisə nəticəsində itkilərin olmadığı bildirilir.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru