Neçirvan Bərzani PKK-dan danışdı: “Türkiyəyə hücum üçün istifadə edilir”

5-07-2018, 00:26           

Şimali İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Bərzani PKK terror təşkilatının Kürdistanda işğal elədiyi bölgələrdən Türkiyəyə hücum eləmək üçün baza kimi istifadə elədiyini söyləyib.

Mətbuat konfransında jurnalistlərin Türkiyə Silahlı Qüvvələrinin Qəndildəki əməliyyatı ilə bağlı suallarına cavab verən Bərzani deyib: “Əməliyyatların niyə Şimali İraq Kürd Muxtariyyətinin ərazisində keçirildiyini ətraflı şəkildə izah eləməliyik. Hamı bilməlidir ki, səbəb budur: PKK işğal elədiyi Şimali İraq Kürd Muxtariyyəti ərazilərindən Türkiyəyə hücum eləmək üçün baza kimi istifadə edir. Türkiyəyə hücum elədikdən sonra həmin ərazilərə çəkilir. Torpaqlarımızdan Türkiyə və İrana hücum edilməsi üçün istifadə olunmasını əsla qəbul eləmirik. İrana müxalif qruplardan və PKK-dan dəfələrlə bunu etməməsini tələb elədik”.

“Türkiyəyə səfər edə bilərəm”

Bərzani dünən Türkiyə prezidenti R.T.Ərdoğana zəng edərək ötən seçkilərdəki uğuruna görə təbrik elədiyini bildirib: “Telefon danışığı zamanı hər ikimiz münasibətlərin inkişaf edilməsinin lazım olduğunu vurğuladıq. Ankara rəhbərliyi ilə daha yaxından danışmaq məqsədilə Türkiyəyə səfər edə bilərəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.