Uzaqdan işləmək üçün dünyanın ən yaxşı şəhəri seçildi - TOP-10
Bu gün, 12:24
Tokio uzaqdan işləməyi istirahətlə birləşdirən ən yaxşı şəhərlər siyahısında birinci yeri tutub. Bu barədə İsveçrənin "International Workplace Group" (IWG) şirkətinin reytinqdə deyilir.
Yaponiyanın paytaxtı yüksək internet sürəti, inkişaf etmiş nəqliyyat infrastrukturu, təhlükəsizliyi və müxtəlif mədəni həyatına görə reytinqə başçılıq edir. Bundan əlavə, bu yaxınlarda orada xarici uzaq işçilər üçün xüsusi vizalar fəaliyyətə başlayıb.
Tokionun digər üstünlüyü onun dağ silsilələrinə, çimərliklərə və milli parklara yaxınlığıdır. IWG-nin məlumatına görə, bu şəhər təbiətə çıxmaq imkanı əldə edərək şəhər yerlərində işləməyə üstünlük verənlər üçün idealdır.
İlk 10-luğa Tokiodan başqa, Rio-de-Janeyro, Budapeşt, Seul, Barselona, Pekin, Lissabon, Roma, Paris və Valletta daxildir.
IWG qurucusu Mark Dixon bildirib ki, işçilərə xüsusilə yayda çevik və uzaqdan işləmək imkanı vermək iş-həyat balansını yaxşılaşdırır, tükənmənin qarşısını alır və məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır.