Qaraçuxurda yeni tikilən mənzillərdən ilan çıxır - İDDİA/VİDEO

Bu gün, 12:38           
Qaraçuxurda yeni tikilən mənzillərdən ilan çıxır - İDDİA/VİDEO
Paytaxtın Suraxanı rayonundan olan bir qrup sakin yaşadıqları ünvandan narazı olduqlarını bildirib.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, layihədə həmin ərazidə bir yox, bir neçə binanın tikiləcəyi, ətrafının yaşıllıqla təmin olunacağı, həyətyanı sahənin abadlaşdırılacağı və yolun asfaltlanacağı göstərilib. Lakin reallıqda vəziyyət fərqlidir.

Sakinlərin sözlərinə görə, mənzil aldıqları layihəni sosial şəbəkə platforması "TikTok"da görüblər. Onlara təqdim edilən binalarda ciddi problem olmasa da, həyətlərdə nə uşaqlar üçün oyun meydançası, nə də söhbətgah mövcuddur.

Bundan başqa, ərazidə sahibsiz itlərin çoxluğu sakinlərə ciddi narahatlıq yaradır.

Hətta bəzi sakinlər mənzillərində ilana rast gəldiklərini də bildiriblər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru