Zakir Fərəcovun başı dərddə - Şxsi bağban və nəzarətçiləri ictimai işlərlə təmin olunmuşların siyahısındadırlar- İDDİA

4-03-2020, 17:26           
Zakir Fərəcovun başı dərddə -
Teref.az-a məlumatlı mənbədən gələn xəbərə görə, Sumqayıt şəhər İcra Başçısı Zakir Fərəcovun başı dərddə. Belə ki, ölkə başçısının son hadisələrlə bağlı çıxışından sonra hərəkətə keçən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin tapşırığı ilə haqqı ödənilən İctimai İşlərə cəlb edilmiş vətəndaşların ad,soyadı nazirliyin rəsmi internet resursundan yayımlanmışdır. Bu siyahıya diqqətlə baxdıqda Zakir Fərəcovun çoxsaylı bağ evlərinə xidmət edən bağbanların və nəzarətçilərin adlarının olduğu üzə çıxıb. Teref.az-a adının çəkilmməsi şərti ilə danışan məlumatlı mənbənin dediyinə görə, düzdür Zakir Fərəcov bu bağbanlara dədə baba qaydası ilə paketdə yetərincə maaş verir. Lakin bununla kifayətlənməyərək bu şəxslərin gələcəkdə rəsmi dövlət təminatlarının olması məqsədi ilə Sumqayıt və Xırdalan şəhərlərinin abadlıq və quruculuq işlərinə cəlb edilmiş işsiz vətəndaşlar kimi Haqqı ödənilən İctimai işlərə cəlb edilmiş şəxslərin siyahisında bu şəxslərin adlarının olması heş də təəcüb yaratmır heç kimdə. Çünki hamı bilir ki, bu şəxslər nəinki Haqqı Ödənilən İctimai işlərə cəlb edilən kimi heç bir iş görməyərək dövlət büdcəsindən minimum əmək haqqı həddində əmək haqqı alırlar onlar hətta Zakir Fərəcovun adından istifadə edərək Sumqayıt şəhərində müxtəlif biznes şəbəkələri də qurublar. İş hətta o yerə çatıb ki, başları biznesə qarışan bu şəxslər onlara həvalə olunmuş bağban işlərini də başqa yaxınlarına həvalə edərək rahat öz işləri ilə məşğul olurlar. Qısası Mirzə Ələkbər Sabir demişkən elə zəmanəyə gəlib çıxmışıq ki, "Nökərin də Nökəri" vardır. Amma görəsən bu nökərin nökərləri etibarlıdılarmı?!
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və yayınlamağa hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru