Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə görə icazə tələb olunmayacaq

5-12-2024, 07:04           
Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə görə icazə tələb olunmayacaq
Azərbaycanda tikinti obyektlərinin və fərdi yaşayış evlərinin torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək.

Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif olunub.

Dəyişikliyə əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucuları üçün icazə tələb olunmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru