"Anadolu Jet"dən yeni qadağa

Bu gün, 15:38           
"Anadolu Jet"dən yeni qadağa
Türkiyənin "Anadolu Jet" (AJet) aviaşirkəti digər iri xarici daşıyıcıların ardınca təyyarədə poverbanklardan istifadəni qadağan edib.

Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Qərarın Türkiyə Mülki Aviasiya Baş İdarəsinin müvafiq tövsiyəsi əsasında qəbul edildiyi bildirilir.

Artıq litium batareyaları olan portativ şarj cihazları, eləcə də elektron siqaretlər, ehtiyat və ya xarici batareyalar təyyarələrin salonunda əl yükü ilə aparıla bilməz.

Oxşar qərarlar əvvəllər "Türk Hava Yolları" və "Pegasus", eləcə də digər aviaşirkətlər tərəfindən verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru