Xəzər dənizi niyə sürətlə quruyur? VİDEO

Bu gün, 15:18           
Xəzər dənizi niyə sürətlə quruyur?  VİDEO
Əsrlərdir regionun həyat damarı sayılan Xəzər dənizi son illər quruma təhlükəsi ilə üz-üzədir.

Bu proses təkcə Azərbaycanda yox, bütün Xəzərətrafı ölkələrdə ciddi müşahidə olunur. Aparılan araşdırmalar Xəzərdə geri çəkilmələrin müxtəlif dövrlərdə normal olduğunu göstərir, lakin hazırkı vəziyyət kifayət qədər ciddidir.

İqlim dəyişikliyi, yağıntıların azalması, Xəzəri qidalandıran çay axınlarının qarşısının bəndlər və hidrotexniki qurğularla kəsilməsi, həmçinin sənaye məqsədilə həddindən artıq su götürülməsi də bu prosesi sürətləndirir.

Professor Əmir Əliyevin sözlərinə görə, 1996-cı ildən bu günə qədər dənizin səviyyəsi 2.3 metr aşağı düşüb:

"Bunun əsas səbəbi dənizin su balansının dəyişməsidir. Xəzərə daxil olan suların əsas hissəsini çay suları təşkil edir ki, bunun da 80 faizindən çoxu Volqa çayının payına düşür. Son 20 ildə Volqa çayının suyunda da kəskin azalma müşahidə olunur. Bunun nəticəsində də Xəzərin səviyyəsi azalıb".

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru