Cənubi Qafqazda "dəhliz savaşı" - İran nədən narahatdır? VİDEO
Bu gün, 15:44
Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan "Tramp marşrutu" üzrə saziş bölgədə yeni siyasi dinamikanın əsas gündəm mövzusuna çevrilib.
ABŞ Dövlət Departamenti açıq şəkildə bəyan edir ki, İran və Rusiya bu layihəyə mane olmağa cəhd etsə, Tramp Administrasiyası sərt mövqe sərgiləyəcək.
Vaşinqtonda bu qənaətdədirlər ki, əvvəlki illərdə bölgədə sülh cəhdləri uğursuz olsa da, məhz bu razılaşma real nəticə verib və yeni iqtisadi imkanlar açır.
Tehran isə dəhlizin açılmasını birmənalı qarşılamır.