Qubadakı dəhşətli cinayətlə bağlı daha bir nəfər həbs edildi

11-11-2018, 10:32           
Qubadakı dəhşətli cinayətlə bağlı daha bir nəfər həbs edildi
Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunan daha bir nəfər həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu, rayon sakini Nazim Mikayılovdur.

Quba rayon Məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə baş tutan prosesdə Nazim Mikayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib və Nazim Mikayılovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, bundan əvvəl Quba rayon Məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə baş tutan prosesdə qaçırılan gəlinin əri Şahmar Əsədovun, hakimi Xəqani Tağıyevin sədrliyi ilə baş tutan prosesdə isə qaçırılan gəlinin atası Sadiq Dadaşov, onun qohumları Zabit Yolçuyev, Mətləb Muradov və Pərviz Əsədovun barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Quba rayon sakini Elşad Əsədovu qohumları – Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov tərəfindən döyülərək öldürülüb.

Hadisə qısqancliq zəminində baş verib.

Belə ki, Elşad Əsədov bir neçə gün əvvəl Sadiq Dadaşovun qızı Aynur Əsədovanı qaçırıb.

Bildirilir ki, Aynur Əsədova öz razılığı ilə Elşad Əsədov tərəfindən qaçırılıb.

Aynur Əsədova Elşad Əsədovun əmisinin gəlini olub.

Bu qaçırılma olayından sonra Sadiq Dadaşov, Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu tutublar, əvvəlcə onu döyüblər, sonra videoya çəkiblər. Ağır bədən xəsarəti alan Elşad Əsədov vəfat edib.

Cinayəti törədən şəxslər polis və prokurorluq əməkdaşları tərəfindən yaxalanıb.

Onu da əlavə edək ki, istintaq gedişi zamanı kəndin 100-ə yaxın sakini istintaqa cəlb olunub, dindirilib, saxlanılabnların sayının 10-a yaxın olduğu bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.