Brendlərin İnstagramda yol verdikləri 5 səhv
29-04-2019, 00:00
“SkedSocial”ın qurucusu və baş direktoru Huw Stephens Entrepereneur nəşrinə şirkətlərin İnstagramda biznes təşviqi zamanı yol verdikləri beş populyar səhvdən danışıb.
Sizin biznesiniz İnstagrama uyğun gəlirmi?
Birincisi, hər biznes İnstagrama uyğun gəlmir. İnstagram gözəl şəkillərdən və həyat tərzinin təsvirlərindən ibarət bir şəbəkə olduğu üçün dəb, gözəllik və səyahət sənayesinə tam uyğun gəlir. Başqa halda çətin ki sizdə nəsə alınsın. Buna baxmayaraq, bir çox bizneslər yenə də düşünürlər ki, “İnstagram üçün nəsə etməlidirlər”. Bu alətin sizin şirkətinizə heç bir halda kömək etməyəcəyini etiraf etməkdən çəkinməyin və heç bir nəticə əldə etməsəniz üzülməyin.
Yox əgər sizing brend İnstagramın tərznə uyğun gəlirsə, lakin nəticə size qane etmirsə, güman ki, siz bu səhvlərə yol verirsiz:
1. Sizin məhsulu almaq çətindir
İnstagramda məhsul satmaq istəyən şirkətlər üçün ən böyük məyusluqlardan biri ondan ibarətdir ki, sayt şəkillərin altında, klik etmək mümkün olan linklərin yerləşdirilməsinə icazə vermir. Lakin məhsul etiketləmə kimi yeni alətlərin olması alış-satış proseslərini sadələşdirib. Məsələn, Shopify ecommerce-də ilk platformadır, belə ki, o, satıcılara imkan verir ki, İnstagramda şəkli olan müştərilər saytda məhsul səhifəsinə yönlənsinlər.
2. Hədsiz çox addımlar
Siz ideal şəkildə, postlar altinda “tag”lar və “hastag”lar qeyd edə bilərsiz, amma bu malınızın istifadəçilər tərəfindən alınmasını asanlaşdıracaqmı? İnternetdə ticarətin əsas qaydalarından biri də ondan ibarətdir ki, hər yeni addım və kliklə müştərinin nəsə almaq istəyi azalır. Amazonun “bir kliklə almaq” seçiminin olması şirkətin uğurunda əsas rolu oynayib.
Unutmayaq ki, insanlar İnstagramdan daha çox telefonda istifadə edirlər, buna da onların çox səbri olmur, çünki telefonun da ekran kiçik olur. Prosesə alıcının gözü ilə baxın ki, yəni onlara İnstagramdan sizin məhsulu əldə etmək nə qədər asandır?
3. Siz izləyiciləri almısız
Əlbəttə, sizin hesabınıza 10 min adamın yazılmasını gözləmək çətindir; bu çoxlu vaxt vəsəbr tələb edir və buna görə də bir çox şirkətlər izləyiciləri alırlar. Bu biznesin edə biləcəyi ən böyük səhvdir.
Birincisi, istənilən təcrübəli İnsatagram istifadəçisi saxta izləyiciləri kilometrdən belə müəyyən edə bilir. 10 min izləyicisi və onlarla bəyənməsi olan şəkillərlə dolu bir hesab düşünün. Bu həmin andaca insanların sizin brendə olan inamını sarsıdır. Yəni bununla siz real izləyici deyil, saxta hesab bəyənmələri alırsız və beləcə sizin məhsul heçvaxt alınmır.
Həm də əgər İnstagram sizin izləyiciləri aldığınızı tutmuş olsa sizi ban edəcək. Ona görə də bunu heçvaxt etməyin!
Hesabların məşhurluq qazanmasına çox vaxt gedir Bunun üçün mütəmadi olaraq maraqlı kontent yerləşdirmək, auditoriya ilə rəylərdə sıx əlaqədə olmaq və potensial müştəriləri izləmək lazımdır. Yalnız bu yolla siz izləyici sayının necə artdığının şahidi olacaqsınız.
4. Siz fikrinizi ancaq satışa cəmləyirsiniz
İnstagram, insanlar tərəfindən fərqli həyat tərzlərinin izləndiyi, memlərin gülüş hədəfinə çevrildiyi və istifadəçilərin ruhlandırıcı postlardan ilhamlandığı bir yerdir. Yəni hər şeydən öncə bu sosial bir platformadır və yalnız bundan sonra alış-veriş məkanı ola bilər. Şirkətlər öz məhsullarını çox aqressiv şəkildə satmağa cəhd etsələr müştərilərindən ola bilərlər. Belə ki, yalnız satışa köklənmək olmaz. Heyətinizin fotolarını və ya yazılı motivasiyaedici şəkillər yerləşdirin. Təsəvvürlərinizdən istifadə edin!
5. İnstagram Stories – dən istifadə etmirsiz
Şirkətlərin əksəriyyəti Stories-ə lazımi qədər diqqət ayırmırlar, hərçənd ki, bu auditoriya ilə qarşılıqlı əlaqədə olmaq və yeni izləyici toplamaq üçün əla vasitədir. Video çəkmək mütləq deyil. Siz sadəcə sizə aktual gələn şəkilləri yerləşdirə bilərsiniz. Və yenə də, yalnız satışa diqqət ayırmayın – oxuculrla ünsiyyət qurun və onları əyləndirin. Bu funksiyanı brendin mahiyyətini göstərmək və müştərilərə sevginizi bildirmək üçün istifadə edin.
Bu səhvlərdən qaçsanız sizin brendiniz böyük uğur qazanacaq! Yox əgər bundan sonra da nəticələr sizi qane etməsə, kömək üçün marketinq agentliyinə müraciət edin. (bizplus.az)