Alimlər: 1 milyona yaxın heyvan növü yox olma təhlükəsi ilə üz-üzədir

11-05-2019, 07:53           
Alimlər: 1 milyona yaxın heyvan növü yox olma təhlükəsi ilə üz-üzədir
Biomüxtəlifllik və ekosistem xidmətləri üzrə hökümətlərarası ekspertlər qrupu bəşəriyyətin 50 il ərzində planeti dəyişdirməsindən bəhs edib.

"Report" xəbər verir ki, bu barədə "IPBES"in saytında bildirilir.

Tədqiqatçıların məlumatına görə, hazırda 1 milyona yaxın heyvan növü yox olma təhlükəsi ilə üz-üzədir. Qeyd edilir ki, 50 il ərzində Yer səthinin ümumi məhsuldarlığı 23 faiz azalıb.

Bu halda Dünya okeanında 245 min kvadrat kilometr sahəni əhatə edən təxminən 400 "ölü zona" yaranıb.

Qeyd edək ki, tədqiqatda 400-dən çox alim və ekspert iştirak edib. Onlar 3 il ərzində 15 mindən çox elmi və dövlət informasiya mənbəyindən məlumatlar yığıblar və təhlil ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.