Azərbaycanda əhalinin əsas ölüm səbəbləri: - İlk yerdə bu xəstəlik durur

18-06-2019, 08:55           
Azərbaycanda əhalinin əsas ölüm səbəbləri: - İlk yerdə bu xəstəlik durur
Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Trend-in məlumatına görə, ötən il Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2017-ci illə müqayisədə çoxdur. 2017-ci ildə ölkədə 57 109, 2016-cı ildə 56 648, 2015-cü ildə 54 697 nəfər ölüb.

Ötən il dünyasını dəyişənlərin 33 909-u (2017-ci ildə 33 663nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2017-ci ildə 8 665 nəfər) yenitörəmələrdən, 1 826-i (2017-ci ildə 1 839 nəfər) tənəffüs sistemi xəstəliklərindən, 2 772-i (2017-ci ildə 2 769 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı azalma qeydə alınıb. Belə ki, 2018-ci ildə hər 100 min nəfər arasında 583 ölüm halı qeydə alınıbsa, 2017-ci ildə 586,7 hal, 2016-cı ildə 587,8 hal, 2015-ci ildə bu göstərici 574,0 hal olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru