Afrikanın unikal prezidenti...

3-09-2019, 09:19           
Afrikanın unikal prezidenti...
1983-1987-ci illərdə Burkino-Fasonun prezidenti olmuş və cəmi 37 yaşında öldürülmüş Tomas Sankara ordu kapitanı olaraq aldığı əməkhaqqı ilə - 450 dollarla dolanırdı, prezidentliyə görə aldığı aylıq 2000 dolları isə kimsəsizlər fonduna bağışlayırdı.Öl
ümündən sonra məlum olub ki onun şəxsi əmlakı vur-tut hakimiyyətə gəlməmişdən əvvəl aldığı köhnə “Pejo”, sınıq soyuducu, 3 gitara və 4 velosipedden ibarətmiş. Sankara vəzifədə olarkən iş otağına kondisioner quraşdırılmasına icazə verməmişdi :"mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram".33 yaşında hakimiyyətə gələn Sankara korrupsiya, aclıq, xəstəliklər və savadsızlığın aradan qaldırılmasına yönəlmiş demokratik xalq inqilabını həyata keçirir. Sankara hökumətin bütün üzvlərinin “Mersedes”lərini sataraq nazirlərə ölkədə ən ucuz “Reno-5” avtomobilləri alır. Artıq Sankaranın hakimiyyətə gəlişindən 3 il sonra – 1986-cı ildə Dünya Bankı Burkina-Fasoda korrupsiyanın kökünün kəsildiyini elan edir.Həmçinin o öz portretlərini ictimai yerlərdən, ofislərdən asılmağına icazə verməmişdi.1987-ci ildə yaxın dostu və silahdaşı tərəfindən qətlə yetirilmiş prezident xalqı üçün əbədi əfsanəyə çevrilir...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.