Dünyaca məşhur fransız şirkətini Ermənistana bağlayan gizli tellər... - TƏHLİL

5-09-2019, 09:20           
Dünyaca məşhur fransız şirkətini Ermənistana bağlayan gizli tellər... - TƏHLİL
Thales group şirkəti Fransaya məxsusdur. 65 min nəfər əməkdaşı olan və 15 milyard dollar illik gəliri olan bu transmilli korporasiya hava daşımacılığı, müdafiə sənayesi, rabitə və təhlükəsizlik sahəsində yüksək texnologiyalar hazırlayır. Fransa hökumətinin 27 faiz səhm paketinə malik olduğu bu anonim şirkət dünyanın 475-ci ən böyük şirkətidir.

Şirkətin Ermənistanla son dövrlərdə əlaqələrinin möhkəmlənməsi diqqəti cəlb edir. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan cari ilin fevralında Thalesin vitse-prezidenti və regional direktoru Pol Remi ilə görüşüb. Görüşdə kosmik fəzadan istifadədə şirkətin imkanlarından yararlanmaq imkanları müzakirə olunub. Ermənistan prezidenti Armen Qriqoryan da transmilli holdinqin rəhbərliyi ilə görüşdə ölkəsinin Rusiya və Qazaxıstan bazarına körpü rolu oynaya biləcəyini qeyd edib. Tetris" kralı Sarkisyan biznesmendir. "Knightsbridge" holdinqinin rəhbəri olan yeni prezident həm də telekommunikasiya, texnologiya, multimedia kənd təsərrufatı, daşınmaz əmlak, energetika sahələrini əhatə edən 25 böyük şirkətə başçılıq edir. Onun biznesi Böyük Britaniya, Rusiya, Çin, Çexiya, Polşa, Monqolustan, Ukraynada milyonlarla dollar gəlir gətirir. Ermənistandakı məşhur Amulsar qızıl mədənindən gəlir götürülməsinə İngiltərə kral ailəsini də şərik edən Sarkisyan bununla özünə böyük dəstək qazanıb. Armen Sarkisyanın Nursultan Nazarbayevin qızı nüfuzlu Dariqa ilə çox yaxın əlaqələri mövcuddur. 2013-cü ildə Armen Sarkisyanın şəxsi dəvəti ilə Ermənistana gələn ingilis şahzadəsi Carlzın səfəri zamanı Dariqa da Yerevanda idi. Məhz Armen Sarkisyanın tövsiyəsinə əsasən Dariqa hazırda Qazaxıstanın bütün telekanallarını özündə birləşdirən media holdinq yaradıb. Ermənistanın yeni prezidenti həmin holdinqdə 5 faiz səhmlərə sahibdir.

Sarkisyan habelə Dariqanın 2002-ci ildən hər il Astanada keçirdiyi və təşkilat komitəsinə sədrlik etdiyi Avrasiya Media forumunun əsasını qoyan şəxsdir. Belə bir şəraitdə Ermənistan prezidentinin Fransa transmilli şirkətinə ölkəsinin Qazaxıstana körpü rolu oynamasını təklif etməsi təəccüblü deyil.

Sarkisyan bu ilin iyun ayında Paris yaxınlığında təşkil olunmuş hava şousunda Thalesin pavilyonuna baş çəkdi. Şirkət rəhbərliyi Ermənistan prezidentinə öz məhsullarını və yeni texnologiyaları nümayiş etdirib, onu innovasiyalarla tanış ediblər. Aerokosmonavtika, müdafiə, təhlükəsizlik sahəsində yeni texnologiyalarla bağlı şirkətin rəhbəri Patris Keyn şəxsi görüşdə Sarkisyana məlumat verib. Ermənistanla əməkdaşlığın perspektivləri müzakirə olunub.

2019-cu ilin iyununda şirkət nümayəndələri Dilicanda sammitə qatılmışdılar. Fransanın Ermənistandakı səfiri Conatan Lakote da ölkəsinin Ermənistanla texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu bəyan etmişdi. Bir neçə saat əvvəl Ermənistan prezidenti Sarkisyan yenidən Thales nümayəndələrini qəbul edib. Şirkət nümayəndələri Ermənistanın aparıcı texnologiya şirkətləri olan Synopsis Armenia, BetConstruct, TUMO Center for Creative Technologies ilə əməkdaşlıq barədə müzakirələr aparacaqlar. Fransa şirkətinin Ermənistanla strateji sahə olan kosmik texnologiyalar, təhlükəsizlik avadanlıqları sahəsində əməkdaşlığı narahatlıq doğurur. Nəzərə alsaq ki, Azərbaycanda müxtəlif sahələrdə bu məhsullardan istifadə olunması ehtimalı istisna edilmir, o zaman bu, narahatlığa əsas verir. Fransa həm də Gürcüstana hava hücumundan müdafiə sahəsində texnologiyalar satır. Gürcüstan MBDA raket sistemləri və Thales LAS SAS zenit sistemlərini almaq üçün sazişlər imzalayıb və öz hərbi büdcəsini 20 faiz artırıb. 2017-ci ilin dekabrında Thales LAS SAS Gürcüstana radiolokasiya stansiyaları və mobil idarəetmə mərkəzləri verib, 2018-ci ilin oktyabrında isə MBDA zenit-raket sistemləri alıb. Regionumuzu göründüyü kimi Fransa texnologiyaları ilə nəzarətə keçirməyə başlayıb. Fransa Azərbaycana da silah və texnologiyalar satışı barədə təkliflər göndərib. Fransız məhsulları alarkən onun həm də düşmənimizlə yaxın əməkdaşlıq etdiyi nəzərə alınmalıdır.

Nəzakət Məmmədova,
BAXCP funksioneri, politoloq //moderator.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.