Bir daha Azərbaycanda saxlanılan rusiyalı ermənilərin taleyi haqda

8-09-2019, 12:53           
Bir daha Azərbaycanda saxlanılan rusiyalı ermənilərin taleyi haqda
Azərbaycanın hüquq-mühafizə orqanları dünən KİV-in Göygöl rayonunda erməni əsilli iki Rusiya vətəndaşının saxlanması barədə yaydığı xəbərə hələ münasibət bildirməyiblər.

Rusiya səfirliyindən Turan agentliyinə deyiblər ki, bu məlumatı yoxlayırlar. Diplomatik nümayəndəlikdən onu da bildiriblər ki, indiyədək (şənbə günü-günorta) Azərbaycan tərəfdən onlara heç bir rəsmi məlumat daxil olmayıb.

Eyni zamanda, hələlik saxlanılan şəxslərin adları da məlum deyil. Qeyri-rəsmi məlumata görə, ər-arvad Rusiyadan Gəncəyə gəlib, oradan isə əvvəllər ermənilərin yaşadığı Çaykənd kəndinə gediblər. Orada onlar "şübhəli" davranışları ilə əlaqədar saxlanılıblar. Saxlanılan şəxslərin adları və yaşları açıqlanmır.

Etibarlı mənbələrdən Turan-a daxil olan məlumata görə, yoxlama və profilaktik söhbətdən sonra saxlanılan şəxslər sərbəst buraxılacaqlar.

Ermənilərin saxlanılmasına cəbhə xəttinin bilavasitə yaxınlığında-xüsusi hərbi dövr rejimi qüvvədə olan yerdə olmaları səbəb olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru