Stress, depressiya halında mətbəxə girməzdən əvvəl...

10-11-2019, 09:31           
Stress, depressiya halında mətbəxə girməzdən əvvəl...
Araşdırmalar göstərir ki, depressiv vəziyyətdə olan insanlar daha çox kilo almağa meyllidirlər. Stresslə üz-üzə qalanda mətbəxə getməmişdən əvvəl acıq havaya çıxın.

e-tibb.az-ın xəbərinə görə, bunu həkim-dietoloq, tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının mütəxəssisi Vəfa Paşazadə açıqlayıb.

Onun sözlərinə görə, xüsusilə gün işığı olan yerdə xoşbəxtlik hormonları olan serotonin və endorfinin yüksələrək antidepressant təsir etdiyi məlumdur: “Lütfən, darıxanda gün işığında gəzin. Özünüzü daha yaxşı hiss etdiyinizi görəcəksiniz”.

Həkim vurğulayıb ki, insan özünü mükafatlandıranda özünü dəyərli və xoşbəxt hiss edir: “Alış-veriş mərkəzinə gedin. Özünüzə kiçik də olsa, hədiyyə alsanız, ən azı bir tikə tort yemiş qədər özünüzü xoşbəxt hiss etdiyinizi görəcəksiniz. Üstəlik bu vəziyyətdə çox yeməkdən sonra yaşanan peşmançılıq və günahkarlıq duyğusunu yaşamayacaqsınız.

İnsanın qarşılaşdığı stressdən özünü ən yaxşı uzaqlaşdırmağın yolu, əslində mühit dəyişdirməsi, dəyişik hadisələri düşünməyə başlamasıdır. Hər zaman mühit dəyişdirmək mümkün olmaya bilər. O zaman beyninizi olduğunuz mühitdən uzaqlaşdırın problemi həll edə bilmirsinizsə, münasibətinizi dəyişdirin. Bunun üçün də ən yaxşı üsul yüngül və davamlılığı olan bir kitab oxumaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru