BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu

21-11-2019, 15:38           
BDU-da ölümlə nəticələnən zəhərlənmənin təfərrüatı məlum oldu
Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmənin təfərrüatı bəlli olub.

Oxu.Az xəbər verir ki, zəhərlənmə halı ötən gün, axşam saatlarında müşahidə edilib.

Qızların halı pisləşdiyindən təcili tibbi yardım çağırılıb və onlara iynə vurulub. Həkimlər qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr bundan imtina edib. Müalicə ambulator şəraitdə davam etdirilib

Bu gün səhər 11 radələrində yenidən təcili tibbi yardım çağırılıb. Bu zaman artıq Şəkər Xasmətovanın öldüyü məlum olub.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı universitetin fizika fakültəsində təhsil alıb.

Zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru