16 əsr əvvəllə aid abidə yenidən ziyarətçilər üçün AÇILIR

Bu gün, 17:24           
16 əsr əvvəllə aid abidə yenidən ziyarətçilər üçün AÇILIR
Çıraqqala abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri tamamlanıb.

TEREF xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazidə ziyarətçilərə mədəni xidmətlərin göstərilməsi üçün müvafiq infrastrukturun yaradılması üzrə işlər davam etdirilir.

Xatırladaq ki, Şabran rayonu ərazisində yerləşən "Çıraqqala" abidəsi V-VI əsrlərdə inşa edilib.

"Çıraqqala" abidəsi mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Abidənin bərpasına 2019-cu ilin iyul ayında başlanılıb. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru