Rusiyanın real itkiləri: İsteriyalı addımlar

12-12-2015, 12:23           
Rusiyanın real itkiləri: İsteriyalı addımlar
ürkiyə elə də uzun olmayan müddətdə Rusiyadan aldığı qazın həcmini tədricən azaldacaq.

teref.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert Türkiyə ilə yaşanan siyasi gərginlik fonunda Rusiyanın real iqtisadi itkilərini açıqlayıb:

“Rusiyanın ən böyük itkiləri enerji sektorundadır. 2015-ci ildə icra olunası Ağquyu AES layihəsinin icrası gündəmdən çıxır. Münasibətlərin gərginləşməsi fonunda layihənin icrası qeyri-müəyyən müddətdə təxirə salınıb. Ancaq bir məsələ var ki, Rusiya bu layihədən geri çəkilmir. Çünki Yaponiya, Fransa və bir çox Qərb şirkətləri ilə olan güclü bir tenderden qalib çıxmaq elə də asan olmamışdı. Türkiyə hökumətinə güzəştlər, layihənin tərtibatı və bütün təfsilatlı mühəndis işlərinin hazırlanmasına indiyə qədər “Rosatom” tərəfindən 3 milyard dollar xərclənib. Rusiyanın Türkiyə ilə bağlı isteriyalı addımından sonra belə böyük layihənin dondurulumasının nə anlama gəldiyini təsəvvür etmək elə də çətin deyil. Onların bundan əvvəl Bolqarıstanda həyata keçirəcəyi daha bir layihəsi də dayandırıldı. Eyni zamanda, Rusiyanın Qərbə böyük mesajı sayılan “Türk axını”nın iflası isə son nöqtə, Rusiya üçün çox böyük itkidir. Rusiya faktiki olaraq Almaniyadan sonra ikincisi böyük qaz müttəfiqini itirmək üzrədir”.

Ekspertin sözlərinə görə, Moskvanın çıxılmaz vəziyyətdə olduğunu görən Pekin də fürsəti əldən verməyəcək:

“Rusiya bütün diqqətini “Şimal axını”na yönəldib və hazırda üzünü Çinə tutub. Moskvanın çıxılmaz vəziyyətdə olduğunu görən Pekin isə öz şərtlərini diktə edir. Çin qiymətləri azaltmaqla qalmır, veriləcək kreditlərin şərtlərini də ağırlaşdırır. Türkiyə elə də uzun olmayan müddətdə Rusiyadan aldığı qazın həcmini azaldacaq və asılılığı tədricən aradan qaldıracaq. Bax bu, Rusiyanın əsil real itkisi olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru