Siqaret depressiyaya səbəb olur?

2-02-2020, 11:10           
Siqaret depressiyaya səbəb olur?
İsrail və Serbia alimləri, tütünün psixi sağlamlığa təsiri ilə əlaqədar iki min könüllü ilə araşdırma aparıblar.

Teref.az Milli.az-a istinadən xəbər verir ki, siqaret çəkənlır arasında klinik depressiya əlamətlərinə pis vərdişdən uzaq olanlardan iki-üç dəfə artıq rast gəlinir.

Nəticələr siqaretin depressiyanın səbəb olduğunu açıq şəkildə bildirməyə imkan vermir, çünki eyni məlumatları fərqli şərh etmək olar. Məsələn, əvvəlcə depressiyaya meylli insanlar tez-tez siqaret çəkirlər və ya bu cəhətlərin ikisi də üçüncü bir amilin nəticəsidir.

Buna baxmayaraq, alimlər bununla siqaretin bir çox cəhətdən, nisbətən qeyri-aşkar olanlar da daxil olmaqla, insan üçün zərərli olduğunu sübut edən yeni bir məlumat əldə ediblər.

Qeyd edək ki, siqaretin depressiyaya səbəb olduğu barədə bundan əvvəl də araşdırmalar aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru