Gürcüstanda 70 yaşlı azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb –Nazirlik məlumat yaydı

2-02-2020, 11:56           
Gürcüstanda 70 yaşlı azərbaycanlını qətlə yetirən şəxs saxlanılıb –Nazirlik məlumat yaydı
Ötən gün Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi (Şəmşoy) kəndində 70 yaşlı Feyzi Əhmədovu qətlə yetirən şəxs saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, hadisəni törədən həmin kəndin 57 yaşlı sakini N.B-dir. O, F.Əhmədovu qısqanclıq zəminində qətlə yetirib.

Hadisədən qısa müddət sonra saxlanılan şəxs təqsirini etiraf edib. Polis cinayətin törədildiyi bıçağı müsadirə edib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru